Ermənilər yenidən Ermənistan-Gürcüstan avtomobil yolunu bağlayıblar (VİDEO)

Ermənistanda vətəndaşlar Azərbaycanla delimitasiyaya etiraz olaraq bir neçə avtomobil yolunu bağlayıb. 24News.ge Ermənistan mediasına istinadən xəbər verir ki, İrəvan-Meğri avtomobil yolunun Tiqranaşen (Kərki) hissəsi, eyni zamanda, İrəvan-Sevan avtomagistralının Martunidən keçən hissəsi bağlanıb. Bundan başqa Şirak vilayətində vətəndaşlar İrəvan-Gümrü avtomobil yolunu bağlayıblar. Baqrataşendə Ermənistan-Gürcüstan magistral yolunun bir hissəsi də bağlıdır. Vətəndaşlar bununla Tavuşda, Qazaxla sərhəddə delimitasiya prosesinə etirazlarını nümayiş etdirirlər. Paytaxt İrəvanın mərkəzində də Tavuş sakinlərinə dəstək əlaməti olaraq yolların bağlandığı bildirilir.