Göyçayda inzibati xətalara yol verən 88 nəfər cəzalandırıldı

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları xidməti ərazidə hüquqpozmalara qarşı nəzarət-profilaktik tədbirlər həyata keçiriblər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, cari il ərzində görülən tədbirlərlə tütün məmulatlarından istifadə qaydalarını pozan 97, qanunsuz küçə ticarəti ilə məşğul olan 17, məişət tullantılarını urnalardan kənara atan 19, qanunsuz ağac kəsən iki və yerin təkinindən istifadə qaydaları pozan bir nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib olunub.

Həmçinin, ətraf mühiti çirkləndirən, baytarlıq haqqında qanunvericiliyin tələblərinə riayət etməyən və digər inzibati xətalara yol verən ümumilikdə 88 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.