Paşinyan səhvini çox gec başa düşüb
Ermənistanın baş naziri Nikol Paşinyan və Ermənistan xarici işlər naziri separatçılarla rəsmi Bakı arasında mümkün birbaşa dialoqun mümkünlüyünü açıqlayıb.
Nikol Paşinyan:
“Mən Dağlıq Qarabağla Azərbaycan arasında söhbətə başlamaq üçün müəyyən məkan görürəm. hazırda sərhəddə gərginliyi azaltmaq üçün bəzi imkanlar var. Ermənistan və Azərbaycanın 1991-ci il 8 dekabr sənədi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması məsələsində razılığa gələcəyinə işarələr var. Sözügedən dialoq, eləcə də Ermənistan və Azərbaycan arasında ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipial əhəmiyyət kəsb edəcək”.
Ararat Mirzoyan:
"İndi Bakı-Stepanakert, Dağlıq Qarabağ-Azərbaycan beynəlxalq dialoq mexanizminin yaradılması ideyası var. Bununla bağlı müzakirələr aparılır. birmənalı olaraq bizim öz yanaşmamız var, Azərbaycanın öz yanaşması var. Qarşılıqlı məqbul mövqeyə, mexanizmə gələndə mütləq sizə xəbər verəcəyik”.
Şərh: Son vaxtlar Yerevan fəal şəkildə Bakı ilə separatçılar arasında bir növ birbaşa dialoq şəklində yeni danışıqlar hekayəsini irəli sürməyə çalışır. Bakı artıq separatçılarla dialoqun olmayacağını açıq şəkildə bəyan edib. Prosedur sadədir - iki Qarabağ müharibəsi zamanı hərbi cinayətlərdə iştirakın olub-olmadığını yoxlamaq, Azərbaycan vətəndaşlığını qəbul etmək və yaşadığı ölkənin ərazi bütövlüyünə hörmət etmək. Arayik Arutyunyan və onun təlxək dəstəsi ilə dialoq olmayacaq, çünki bu, Azərbaycan xalqına və Azərbaycan dövlətçiliyinə qarşı cinayət kimi qiymətləndiriləcək.
Qeyd edək ki, bu təklif illər uzunu Ermənistandan gəlib. Paşinyanın yeniliyi isə 1988-ci ildə səsləndirilən "Qarabağ Ermənistandır" və "Meatsum" (birləşmək) şüarları olub. Onun nəticəsi də indi göz önündədir. Yuxarıda qeyd edilən təklif isə son 20 ildə bir neçə dəfə təkrarlanıb, onun cavabını ermənilər hamıdan yaxşi bilir.