ABŞ-li bəstəkar Qay Mun Kaliforniyada baş verən yol-nəqliyyat hadisəsində 63 yaşında həlak olub.
Lim10.az "The New York Post" nəşrinə istinadən xəbər verir ki, Mun cümə axşamı səhər saatlarında Los-Anceles dairəsində qəzaya uğrayıb və aldığı xəsarətlərdən ölüb.
Munun bəstələdiyi musiqilər "Nickelodeon" telekanalının bir çox layihələrində, o cümlədən "Süngər Bob Kvadrat Şalvar" və "Sehrli valideynlər" cizgi seriallarında səslənib. Qeyd olunur ki, bəstəkar həmçinin 2002-2004-cü illər ərzində dörd dəfə "Emmi" mükafatına namizəd göstərilib".
Ümumilikdə o, 70-ə yaxın musiqi əsərinin ərsəyə gəlməsində iştirak edib.(oxu.az)





















