Səlim Müslümov beytülmaldan nə qədər oğurlayıb?

30 milyondan çox dövlət vəsaitinin mənimsənilməsində ittiham olunan, şərti azadlığa buraxılaraq hazırda Bakıda villasında dincələn keçmiş Sosial Müdafiə naziri Səlim Müslümovun mülkiyyətində olan əmlakların ümumi dəyəri 18,605,500 manatdır. Həmin əmlakların siyahısı aşağida:

Səlim Müslümovun öz mülkiyyətində:

- Bakının Binəqədi rayonu Ziya Bünyatov prospektində mənzil (140.000 manat)

Oğlu Turqay Müslümlünün mülkiyyətində:

- Bakının Binəqədi r-nu Z.Bünyatov prospektində mənzil və qeyri-yaşayış sahəsi (350.000 manat)

Oğlu Asim Müslümlünün mülkiyyətində:

- Bakının Səbail rayonu Azadlıq prospektində yerləşən qeyri-yaşayış sahəsi (450.000 manat)
- Bakının Yasamal rayonu M.İbrahimov küçəsində mənzil (926.250 manat)

Yaxın qohumu Mirələsgər Seyidəliyevin mülkiyyətində:

- Bakının Nərimanov rayonu O.Kərimov küçəsində iki ev (5.000.000 manat)

Yaxın qohumu Sadiq Seyidəliyevin mülkiyyətində olan:

- Bakının Nərimanov rayonu M.Araz küçəsində ev (389.250 manat)
- Bakının Nərimanov rayonu İbrahimpaşa Dadaşov küçəsində torpaq sahəsi (4.000.000 manat)
- Bakının Binəqədi rayonu 6-cı mikrorayonun qərb hissəsində yerləşən 500 və 300 kv.metr torpaq sahələri (900.000 manat)

Yaxın qohumu Dəyanət Seyidəliyevin (Ağsunun keçmiş icra başçısı Ənvər Seyidəliyevin oğlu) mülkiyyətində:

- Ağsu şəhərində yerləşən 8 hektar ərazidə qurulmuş “Ağsu Aqrotexservis” ASC-ya aid istixana (1.500.000 manat)

Qaynı Ağaxan Xasayevin mülkiyyətində:

- Bakının Xətai rayonu, R.Rza küçəsində yerləşən 3 mərtəbəli sahəsi 2000 kv.m olan qeyri yaşayış sahəsi (2.300.000 manat)
- Bakının Xətai rayonu, R.Rza küçəsində yerləşən 2 mərtəbəli sahəsi 1650 kv.m olan qeyri yaşayış sahəsi (2.000.000 manat)
- Bakının Xətai rayonu, Rəsul Rza küçəsində yerləşən 300 kv.m olan qeyri yaşayış sahəsi (650.000 manat).