Avropa Parlamentinin 60 üzvü İran xalqının rejim dəyişikliyi tələbini tanımağı istədi
Avropa Parlamentinin 60-dan çox üzvü çağırış imzalayaraq, Birləşmiş Millətlər Təşkilatı və Avropa Birliyindən İranda etirazların zorakılıqla yatırılmasını qətiyyətlə pisləməyi və İran xalqının “azad, demokratik və dünyəvi dövlət” qurmaq istəyini tanımağa çağırıb.
Avropa Parlamentinin nümayəndələri İran xalqının ümummilli qiyamına və etirazların bütün ölkəyə yayılmasına toxunaraq vurğulayıblar ki, İran xalqının özünü müdafiə etmək və ölkədəki rejimi dəyişmək haqqının tanınmasının vaxtı çatıb.
Avropa Birliyinin Xarici Siyasət və Təhlükəsizlik Məsələləri üzrə ali nümayəndəsi Cozef Borrel də çağırışa qoşularaq İran xalqının internetə çıxışı üçün tədbirlər görülməsini və İbrahim Rəisi də daxil olmaqla günahkarların mühakiməsini vacib sayıb.
Müraciətə qoşulan iranlı siyasi mühacirlər və təşkilatlar baş verən bütün cinayətlər və İran xalqlarına qarşı repressiyalara görə, ilk növbədə Xameneyinin məsuliyyət daşıdığını bildiriblər.