Ermənilər yenə erməniliyin göstərməkdədir
Dünən Ermənistan Müdafiə Nazirliyi xəbər yayıb ki, Azərbaycan tərəfi 17 erməni hərbi əsirini Ermənistana təhvil verib və bu ABŞ-ın vasitəçiliyi ilə baş verib. Bu barədə, xüsusən də sosial şəbəkələrdə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan yazıb.
Açığı, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri yuxarıdan göstəriş olmasa belə bir şey yaza bilməzdi.
Bununla əlaqədar olaraq, kifayət qədər mötəbər və rəsmi olaraq aşağıdakıları bildirir və bütün dost kanallardan və mediadan paylaşmalarını xahiş edirik.
Həmin 17 nəfər əsir götürüldüyü ilk gündən Azərbaycan tərəfi onları məhz hərbi əsir hesab edirdi. Onlar hərbi cinayətlərdə iştirak etməmiş, onlara təxribat və ya terror aktları törətməkdə şübhəli bilinməmiş və bu səbəbdən həmin 17 nəfərlə hazırda məhkum olunmuş və cəza çəkən əsirlər arasında deyillər. Azərbaycan rəhbərliyi beynəlxalq hüquqa tam uyğun olan aydın xətt həyata keçirir. Bu səbəbdən də Azərbaycan bu 17 nəfərin əsir düşdüyü ilk gündən bütün “sentyabr” əsirlərini ilk əlverişli anda Ermənistan tərəfinə qaytarmaq niyyətində idi. Onların azad edilməsi ilə bağlı müvafiq razılıq sentyabrın 27-də Vaşinqtonda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev arasında keçirilən birbaşa görüşdə əldə olunub.
17 erməni hərbi əsirinin təhvil verilməsində ABŞ-ın rolu, yumşaq desək, şişirdilir (yumşaq desək), Amerika vasitəçiliyi fantaziyalaşdırılir. Görüşün Vaşinqtonda keçirilməsi əsirlərin Ermənistan tərəfinə verilməsində heç bir əhəmiyyətə malik deyil. Biz isə Ermənistan rəhbərliyinin Vaşinqton qarşısında boşna təzim etməyinin arxasında nə ola biləcəyi barədə spekulyasiya etməməyi tövsiyyə edirik. Ermənistan rəhbərliyi 17 hərbi əsirin qısa müddətdə geri qaytarilmasına görə ABŞ-a yox, Azərbaycan dövlətinə minnətdar olmalıdır.
P.S. Amma ən maraqlısı odur ki, bunu Ermənistan rəhbərliyinin özü də bunu çox gözəl bilir.