Gürcüstan DİN müxalifət liderinin döyülməsinə münasibət bildirib - YENİLƏNİB + FOTO

“Gürcüstanın müxalif “Vahid Milli Hərəkat” Partiyasının lideri, deputat Levan Xabeişvili polis kordonunu yarmağa cəhd edib, polisə müqavimət göstərib və bu zaman xəsarət alıb”.

Bunu ölkənin daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze brifinqdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Xabeişvili dərhal klinikaya köçürülüb.

“Bu fakt əsasında müvafiq xidmətlər zəruri istintaq hərəkətlərinin həyata keçirilməsini təmin edəcək”, - deyə Daraxvelidze əlavə edib.

Müxalifətçinin partiya yoldaşları iddia edirlər ki, deputat etirazçılardan birinə kömək etmək istəyən zaman saxlanılıb, sonra döyülüb. Xabeişvilinin özü onlarla xüsusi təyinatlı tərəfindən döyüldüyünü deyib.

Klinikanın həkimi Kaxa Çelidzenin sözlərinə görə, Xabeişvilinin burnu sınıb, gözü və qaşları zədələnib. Onun əməliyyata ehtiyacı var və hazırda klinikadadır.

“Sputnik” Gürcüstan

10:50

Gürcüstanın ən böyük müxalifət partiyası - Vahid Milli Hərəkatın (VMH) sədri Levan Xabeişvili Tbilisidə xarici agentlər haqqında qanuna qarşı keçirilən mitinqdə polis tərəfindən döyülüb.

Bu barədə “Mtavari Arkhi” telekanalı məlumat yayıb.

“VMH sədri Levan Xabeişvili döyülüb. Fotonu yayan şəxs ciddi xəsarətlər alıb”, - deyə materialda bildirilib.

Onun burnu sınıb, sağ gözü zədələnib, üzündə qan izləri görünür.

Xatırladaq ki, dünən gecə Tbilisidə keçirilib. Polislərlə aksiyaçılar arasında qarşıdurmada azı üç polis əməkdaşı yaralanıb.