İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - FOTO
Amerikalı milyarder İlon Mask xəbərdarlıq edib ki, dövlət borcu problemi həll olunmasa, ABŞ dolları dəyərsizləşəcək.
“Biz milli borcumuzla bağlı nəsə etməliyik, əks halda dollar dəyərsiz olacaq”, - o, “X” (keçmiş “Twitter”) səhifəsində yazıb.
Qeyd edək ki, hazırda ABŞ-nin dövlət borcu 34 trilyon dolları keçib ki, bu da ÜDM-in (27 trilyon dollar) 123%-nə bərabərdir.
We need to do something about our national debt or the dollar will be worth nothing
— Elon Musk (@elonmusk) May 3, 2024