Bakı-Ələt-Qazax magistralında sürət həddi dəyişdirildi
Bakı-Ələt-Qazax magistral yolunun Qaradağ rayonunun Sahil qəsəbəsindən keçən hissəsində sürət həddi dəyişdirilib.
“Qaradağ market”in qarşısında əvvəllər saatda 90 kilometr olan sürət həddi 70-ə endirilib. Sürücülər sürət həddinin texniki qurğuya – radara az qalmış bu formada dəyişdirilməsinin doğru olmadığını bildiriərək etiraz edirlər.