Rusiya qoşunları daha altı yaşayış məntəqəsini nəzarətə götürdü

Rusiya qoşunları Ukraynanın daha altı yaşayış məntəqəsini nəzarətə götürüb.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin bəyanatında bildirilir.

Məlumata görə, ordu Xarkov vilayətində Borisovka, Oqurtsovo, Pletenevka, Pılnaya və Streleçya kəndlərini, Donetskdə isə Keramik məntəqəsini ələ keçirib.

Xatırladaq ki, Rusiya qoşunları bir neçə gün öncə Xarkovun nəzarətə götürüb, ötən həftə ərzində isə Donetskin Novokalinovo, Oçeretino və Solovyovo kəndini ələ keçirib.

Mənbə: İzvestiya