Rusiyada yaşayış binası raketlə vuruldu: Yaralananların sayı artıb - YENİLƏNİB + VİDEO

Belqorodda çoxmərtəbəli binanın uçması nəticəsində azı 17 nəfər xəsarət alıb.

Bu barədə Rusiya Səhiyyə Nazirliyinin rəhbəri Mixail Muraşko danışıb.

O bildirib ki, yaralıların hamısı xəstəxanadadır.

Ölənlər barədə isə rəsmi məlumat verilməyib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Belqorodun yaşayış məntəqələri “Toçka-U” taktiki raket kompleksi, “Vilxa” və RM-70 “Vampir” reaktiv yaylım atəşi sistemləri ilə hücuma məruz qalıb.

Mənbə: kommersant.ru

14:10

Belqorodda hündürmərtəbəli yaşayış binasına raket zərbəsi endirilib.

Məlumata görə, hücum nəticəsində azı beş nəfər ölüb.

Bildirilib ki, 20-yə qədər insanın binanın uçmuş hissəsinin dağıntıları altında qaldığı ehtimal edilir.

Hadisə yerində xilasedicilər və hərbçilər işləyirlər. Qonşu blokların da uçmaq təhlükəsi olduğundan, sakinlər təxliyə edilirlər.

Mənbə: 112 “Telegram” kanalı