İsrail ordusu yenidən Cəbaliyə şəhərində əməliyyata başladı
İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağının şimalındakı Cəbaliyə şəhərində yenidən hərbi əməliyyata başlayıb.
Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
İsrail ordusu keçən ilin payızında Cəbaliyədə əməliyyat aparıb. İsrail Ordusunun yaydığı məlumata görə, HƏMAS-ın Cəbaliyədə yeni hərbi infrastruktur yaratmağa çalışdığı məlum olub. SAXAL qırıcı təyyarələri və pilotsuz uçuş aparatları vasitəsilə şəhərdəki 30 hədəfə zərbə endirilib. Əməliyyatdan əvvəl əhaliyə şəhərin qərbindəki sığınacaqlara getmələri barədə çağırış edilib.
Eyni zamanda SAXAL-ın Rəfah şəhərinin şərqində və Rəfah sərhəd-keçid məntəqəsi istiqamətində konkret hədəflərə yönəlik əməliyyatlar keçirdiyi, bir neçə tunel və raket qurğularının aşkarlanaraq məhv edildiyi bildirilib.
Mənbə: TASS