Tbilisidə yenidən etiraz aksiyası: Parlament binasının yerləşdiyi prospekt bağlandı - VİDEO

Gürcüstanın paytaxtı Tbilisinin mərkəzində Rusiyanın xarici agentlər haqqında qanunun analoqunun əleyhdarları toplaşıblar.

Məlumata görə, parlament binasının yerləşdiyi Rustaveli prospekti bağlanıb. Etirazçılar bütün gecəni qanunverici orqanın qarşısında keçirmək niyyətindədirlər.

Qanunvericilik binasının qarşısında əlavə polis qüvvələri səfərbər edilib.

Qeyd edək ki, hakim “Gürcü Arzusu” partiyası mayın 13-də səhər saatlarında “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini komitənin dinləmələrinə təqdim edəcək. Ayın 14-də parlamentin iclası olacaq və orada hakimiyyətin qalmaqallı təşəbbüsünün üçüncü və yekun oxunuşda qəbul edilməsi planlaşdırılır.

Aprelin 15-dən Gürcüstanda “Rusiya qanunlarına yox!” şüarı altında mitinqlər keçirilir.

Gürcüstan Daxili İşlər Nazirliyinin rəhbəri Vaxtanq Qomelauri etirazçıları dövlət qurumlarının qarşısını kəsiləcəyi təqdirdə 4 ilə qədər həbslə hədələyib.

Mənbə: sova.news