Gürcüstan parlamentində qeyri-müəyyən müddətə sarı təhlükəsizlik səviyyəsi tətbiq olundu
Bu gündən etibarən Gürcüstan parlamenti qeyri-müəyyən müddətə sarı təhlükəsizlik səviyyəsində fəaliyyət göstərəcək.
Bu, o deməkdir ki, deputatların və əməkdaşların təhlükəsizliyinin qorunması məqsədilə binaya giriş məhdudlaşdırılacaq. Məhdudiyyət təkcə televiziya şirkətlərinin akkreditə olunmuş jurnalistlərinə tətbiq olunmayacaq, lakin eyni zamanda bir yayım şirkətindən maksimum iki qrup daxil ola biləcək.
Qeyd edək ki, Gürcüstan parlamentinin Hüquq komitəsi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini üçüncü oxunuşda dəstəkləyib.
Sabah üçüncü oxunuşda məsələyə plenar iclasda baxılacaq.
Mənbə: “Sputnik” Gürcüstan