Nikol Paşinyan: “Azərbaycanla sülh sazişinin imzalanmasının vaxtı çatıb”
“Azərbaycanla əldə olunan razılaşmaların sülh müqaviləsinə daxil edilməsinin və onun imzalanmasının vaxtı çatıb”.
Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Kopenhagen Demokratiya Sammitində çıxışı zamanı deyib.
“Bütün çətinliklərə baxmayaraq, biz inanırıq ki, demokratiyanın əsl və ən perspektivli yoldaşı daimi və davamlı sülhdür. Rəhbərlik etdiyim hökumət də bunun məsuliyyətini öz üzərinə götürüb”, - deyə Paşinyan vurğulayıb.
Mənbə: armenpress.am