“Crocus” terrorçularından daha birinin həbs müddəti uzadıldı - FOTO/VİDEO
Rusiyanın Moskva vilayətində “Crocus City Hall” konsert zalında baş verən terror aktı ilə bağlı iş üzrə müttəhimlərdən biri, Tacikistan vətəndaşı Dalerjon Mirzoyevin həbs müddəti uzadılıb.
Bu barədə Moskvanın Basmannı məhkəməsi qərar verib.
Hakim Timur Vaxrameyev Mirzoyevin avqustun 22-dək həbsdə saxlanılacağını bildirib.
Bundan əvvəl terrorçulardan Muhammadsobir Fayzovun həbs müddəti uzadılıb. Məhkəmə iş üzrə daha altı təqsirləndirilən şəxsin həbs müddətinin uzadılması ilə bağlı istintaqın vəsatətlərinə baxacaq. Vəsatətlərə baxılması qapalı məhkəmə iclasında keçirilir.
Xatırladaq ki, martın 22-də axşam saatlarında Krasnoqorskda “Crocus City Hall” konsert zalında baş verib. zala soxularaq tamaşaçılara atəş açıb. Bundan sonra partlayışlar baş verib və yanğın başlayıb. Rusiya İstintaq Komitəsi “terror aktı” maddəsi ilə bağlı cinayət işi açıb.
Hadisə nəticəsində 551 nəfər yaralanıb, 145 nəfər () həlak olub.
Mənbə: RİA Novosti