Çinin dronların daşınması üçün gizlətdiyi yeni İXTİRASI: Dünyanın ilk ixtisaslaşmış gəmisi inşa edildi
Çin dronların daşınması üçün nəzərdə tutulmuş dünyanın ilk ixtisaslaşmış gəmisini inşa edib.
Məlumata görə, gəmi 2022-ci ilin dekabrında suya buraxılıb. Lakin bu günə qədər bu barədə xəbər yayılmayıb.
Əvvəllər yalnız üç Çin təyyarədaşıyıcısı məlum idi, lakin bu yeni, dördüncü gəmi onlardan əhəmiyyətli dərəcədə fərqlənir. Xüsusilə, onun dizaynı təyyarədaşıyıcılarının adi ölçüsündən kiçikdir və uçuş göyərtəsi ABŞ təyyarədaşıyıcısının uzunluğunun təxminən üçdə birini təşkil edir.
Qeyd edək ki, gəmi pilotsuz təyyarələrin dənizdə işini sınaqdan keçirmək və təkmilləşdirmək üçün bir növ eksperimental platformaya çevrilə bilər.
Mənbə: RİA novosti