Tarixin ən güclü “Bentley” modeli nümayiş etdirilib - FOTO
“Bentley” şirkəti yeni “Continental GT 20252” modelinin ilk fotolarını yayıb.
Kupe iyunda təqdim olunacaq, lakin hələlik onun ilk detalları Britaniya avtomobil istehsalçısının rəsmi saytında açıqlanıb.
“Bentley Continental GT” böyük təkmilləşdirmədən keçəcək. Fotoda kupe kamuflyajdadır, lakin onun ön hissəsinin 2021-ci il “Bentley Bacalar” üslubunda yenidən dizayn edildiyini görmək mümkündür. Maşında yeni radiator barmaqlığı var, dairəvi faralar isə artıq iki deyil dörd ədəddir. Arxada yenilənmiş işıqlar var.
Bu modelin motor qapağının altında artıq 6,0 litrlik “W12” deyil, yeni hibrid mühərrik çalışacaq. Kupe 4,0 litrlik tvin-turbo “V8” və elektrik mühərriki ilə təchiz ediləcək. Ümumi hasilat 782 at gücü və 1000 Nm təşkil edəcək, yəni bu tarixin ən güclü “Bentley”si olacaq.
Yeni “Bentley Continental GT” 0-dan 100 km/saata qədər sürət yığmağa 3 saniyə səf edəcək və 330 km/saatdan yuxarı sürətə çata biləcək. Bundan əlavə, o, elektrik enerjisi ilə 80 km məsafə qət edə biləcək.
Avtomobil 8 pilləli qoşa muftalı transmissiya və tam ötürücü sistemini qoruyub saxlayacaq, həmçinin onun adaptiv amortizatorları, aktiv stabilizatorları və idarəolunan arxa təkərləri olacaq.
Mənbə: bentleymedia.com