Türkiyə helikopter qəzası ilə bağlı HƏRƏKƏTƏ KEÇDİ

Türkiyə İran prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğramasından sonra axtarış-xilasetmə işlərinə dəstək üçün hərəkətə keçib.

Lim10.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Axtarış-xilasetmə fəaliyyətlərinə hər cür dəstəyin göstərilməsi üçün tədbirlər görülür", - deyə məlumatda qeyd olunub.

Həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da öz dəstəyini bildirib.

"Türkiyə olaraq, helikopter qəzası ilə əlaqədar İrana lazımi dəstəyi verməyə hazırıq", - deyə ölkə lideri özünün "X" hesabında yazıb.