Rusiyanın paytaxtı Moskva yaxınlığındakı "Crocus City Hall"da baş vermiş terror aktı ilə bağlı işdə iştirak edənlərin həbs müddətinin uzadılması üçün Moskvanın Basmannı məhkəməsinə şikayət göndərilib.
Müvafiq məlumatlar paytaxt məhkəmələrinin məlumat bazasında yer alıb.
Kartotekaya əsasən, söhbət Cumoxon Kurbonov, Muhammad Zoir Şaripzoda, Nazrimad Lutfulloi və Yakubcon Yusufzodadan gedir. Lakin bu dörd nəfərdən hansının ərizə ilə müraciət etdiyi barədə məlumat verilməyib.
Xatırladaq ki, martın 22-də Krasnoqorskda yerləşən "Crocus City Hall"da terror aktı baş verib. Faciə nəticəsində 144 nəfər həlak olub, 550-dən çox insan yaralanıb. Ümumilikdə terror aktını təşkil etməkdə şübhəli bilinən 12 nəfər, o cümlədən dörd nəfər: Dalercon Mirzoyev, Saidakrami Raçabalizoda, Muhammadsobir Fayzov, Şəmsidin Fəriduni saxlanılıb. Terror aktı işi üzrə 12 müttəhimin hamısının həbs müddəti avqustun 22-dək uzadılıb.
Mənbə: life.ru