İspaniya Argentinadakı səfirini məsləhətləşməyə çağırıb

İspaniya Argentina Prezidenti Xavyer Mileyin sözlərindən sonra bu ölkədəki səfirini məsləhətləşmələr üçün geri çağırıb.

Bu barədə İspaniyanın xarici işlər naziri Xose Manuel Albares bildirib.

Onun sözlərinə görə, buna səbəb Xavyer Mileyin İspaniyanın Baş naziri Pedro Sançesin həyat yoldaşı Begonya Qomesi korrupsioner adlandırması olub. Qeyd olunub ki, İspaniya Argentina Prezidentindən üzrxahlıq tələb edib.

"Cənab Mileyin davranışına görə İspaniya ilə Argentina arasındakı münasibətlər son tarixin ən çətin anını yaşayır. Qeyd edim ki, bu səbəbdən Buenos-Ayresdəki səfirimizi məsləhətləşməyə çağırdım", - deyə o bildirib.

Mənbə: TASS