İran prezidentinin helikopterinin qəzaya uğradığı yerdən yeni görüntülər ortaya çıxıb.
Kadrları Türkiyənin "A Haber" telekanalı yayımlayıb.
Süjetdə müxbir Mehmet Karataş helikopterin hissələrinin və yanmış qalıqların 10-15 metr ətrafa səpələndiyini bildirib və qeyd edib ki, bu, enişin nə dərəcədə sərt olduğunu göstərir.
İran prezidentinin helikopterinin qəzaya uğradığı yerdən yeni görüntülər
Xatırladaq ki, İranın Şərqi Azərbaycan vilayətində Prezident İbrahim Rəisini aparan helikopter qəzaya uğrayıb. Qəza zamanı helikopterin göyərtəsində dövlət başçısı İbrahim Rəisi, İranın XİN başçısı Hüseyn Əmir-Abdullahian, Şərqi Azərbaycan əyalətinin başçısı Malik Rəhməti, Təbrizin cümə imamı Məhəmmədəli Al-Haşim, İbrahim Rəisinin mühafizə xidmətinin rəhbəri Mehdi Musəvi, pilot polkovnik Tahir Mustəfəvi, pilot köməkçisi polkovnik Möhsün Dəryanuş, texniki mayor Bəhruz Qədimi və SEPAH-ın adı açıqlanmayan "Ənsar-əl Mehdi" qərargahının zabiti olublar.