Sutkanın əsas dünya xəbərləri
Avstraliya hökuməti Qüdsü İsrailin paytaxtı kimi tanımaqdan imtina edib və bildirib ki, bu məsələ İsrail və Fələstin arasında sülh danışıqları çərçivəsində həll edilməlidir. Xatırladaq ki, 2018-ci ildə Skott Morrisonun rəhbərlik etdiyi Mühafizəkarlar koalisiya hökuməti Qüdsü İsrailin paytaxtı kimi rəsmən tanıyıb.
***
Böyük Britaniyanın Baş naziri Liz Trass istefa verməyəcək. O, növbəti parlament seçkilərində Mühafizəkarlar Partiyasına rəhbərlik etmək niyyətindədir. Baş nazir insanlara enerji ödənişləri və yüksək vergilərlə kömək etmək istədiyini deyib. Sentyabrın sonlarında Liz Trass vergilərin kəskin azaldılmasını ehtiva edən iqtisadi inkişaf planını təqdim edib. Bu, Britaniya bazarlarının və funtun çökməsinə səbəb olub. Buna görə Baş nazir maliyyə nazirini işdən çıxarıb və onun bir çox planlarından imtina edib. Mühafizəkarlar Partiyasının bir neçə deputatı Trassı istefaya çağırıb.
***
BMT-nin Baş Katibi Antonio Quterreş Haitidə, xüsusən də paytaxt Port-o-Prensdə dəstə nəzarəti səbəbiylə sakinlər "kabus" vəziyyətlə üzləşdiyi üçün hökuməti "silahlı hərəkətə" çağırıb. Bu cür tədbirlər zəruridir, çünki limanlar yanacaq təchizatını təmin etmək üçün vacibdir.
***
Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi bildirib ki, Zaporojye AES-nin təhlükəsizliyini təmin edilməsinə dair saziş 2022-ci ilin sonuna qədər bağlana bilər.
***
Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının Belarusa verdiyi kreditlər qeyri-işlək statusa keçib, bu barədə Dünya Bankı bildirib. Qərar Minsk tərəfindən 68.43 milyon dollar ekvivalentində ödənişlərin gecikdirilməsi ilə əlaqədar qəbul edilib.