Rusiyanın kurort şəhərində dəniz suyu "jeleyə çevrildi"

Rusiyanın Krasnodar diyarının kurort şəhəri Anapa meduzaların istilasına məruz qalıb.

Belə ki, meduza sürüsü Qara dənizi "jele dənizinə" çevirib.

Şəhər sakinləri bununla bağlı sosial şəbəkələrdə videolar paylaşıblar.

Meduzaların "Vısoki bereq" çimərliyinə yaxınlaşdığı bildirilib. Onlara ilk dəfə ərazidəki sörfçülər diqqət yetiriblər.

İnternet istifadəçiləri şərhlərdə meduzaların soyuq sularla birlikdə sahilə doğru hərəkət edə biləcəyini iddia ediblər.

Həmçinin dəniz canlılarının ordusunu bölgəyə Gürcüstan, Abxaziya və Türkiyədən axınların gətirə biləcəyi ehtimal olunub.

Mənbə: NEWS.ru "Telegram", MK.ru