İranın qərbindəki Abdanan şəhərində qaz kəmərində partlayış baş verib, ölən və yaralananlar var.
Bu barədə regionun qubernatoru Muhəmməd Rəhmani xəbər verib.
"Partlayış nəticəsində yaxınlıqdakı ev dağılıb. İki işçi ölüb, ikisi yaralanıb", - deyə o bildirib.
Qubernator hadisənin səhlənkarlığa görə baş verdiyini bildirib. Onun sözlərinə görə, özəl telekommunikasiya şirkətlərindən birinin işçiləri qazıntı işləri apararkən təhlükəsizlik qaydalarına əməl etməyib.
İranın qərbində qaz kəməri partlayıb, ölənlər var
İranın qərbində qaz kəməri partlayıb, ölənlər var
Mənbə: Nournews.ir