Antalyadan Moskvaya uçan təyyarədə gərgin anlar: Vilnüsə təcili eniş etdi

Antalya-Moskva marşrutu üzrə çarter reysi həyata keçirən "Corendon Airlines" şirkətinə məxsus "Boeing B737-8 MAX" təyyarəsi sərnişinin səhhətinin pis olması səbəbindən Vilnüs hava limanına məcburi eniş edib.

Sərnişin ürəktutması ilə xəstəxanaya yerləşdirilib.

Təyyarə 1,5 saatlıq gecikmədən sonra Moskvaya uçub.

Bildirilir ki, vətəndaşlığı dəqiqləşdirilməyən sərnişin uçuş zamanı özünü pis hiss edib. Əvvəlcə ayaqyoluna girib, çıxanda isə huşunu itirib. Stüardessalar ona ilkin tibbi yardım göstərməyə çalışıblar. Ekipaj Vilnüs hava limanına enmək qərarına gəlib.

Mənbə: TASS