Siyavuş Novruzov İranı yerində oturtdu
Milli Məclisin deputatı Siyavuş Novruzov:
"30 il Azərbaycanın İslam dəyəri təhqir olunanda niyə İran hərəkətə gəlmirdi? Əgər imam Mehdinin adından istifadə edirlərsə, Mehdi gələndə ədaləti bərpa etmək üçün gərək birinci İrandan başlasın.
İşğaldan azad olunan ərazilərdə hərbi bazaların deyil, hava limanlarının, yaşayış yerlərinin olması nümunəvi addımdır. İranın Arazın kənarında hərbi təlimlər keçirməsi nəyə lazımdır? Bu artistliyin heç bir yeri yoxdur"
O, əlavə edib ki, İranın o boyda ərazisi var: "Get Kiş adasında keçir, Hind okeanının sahillərində keçir! Arazın kənarında belə təlimlərin keçirilməsinə nə ehtiyac var?! Orada nümayiş olunan texnikaya, keçidlərə, Araz çayı üzərində körpülərə nə ehtiyac var?!
Araz çayını velosipedlə də keçmək olar. Orada körpü salıb tank keçirməyin nümayiş etdirilməsinin heç bir əsas yoxdur.
Adlarını İslam ordusu, Mehdi ordusu qoyublarsa, Azərbaycan torpaqlarında işğal zamanı qəbirlər, məscidlər təhqir olunanda bu İslam ordusu niyə hərəkət keçmirdi?
Biz həm İslama sadiqik, həm dünyanın ən yaxşı dini forması Azərbaycandadır və biz bu yola davam edirik".