Hanı Dövlət proqramları?
Niyə ermənilər Livandan, Moskvadan gəlib Zabuxda yaşayır, amma Qarğılı kəndi boşalır?
Azərbaycan hökuməti artıq regionların sosial-iqtisadi inkişafına dair dördüncü dövlət proqramını (2004-2008, 2009-2013, 2014-2018, 2019-2023-cü illər üzrə) qəbul edib. Sonuncu proqramın icra müddəti uzadılıb, onun icrası 2026-ci ildə başa çatacaq. Lakin 18 il ərzində 25 milyard manatdan çox büdcə vəsaiti xərclənən dövlət proqramlarının reallaşmasından əksər vətəndaşlarımız narazıdır.
Məsələn, Cəlilabad rayon sakini, Feyzbuk istifadəçisi Hidayət İsmayılov öz postunda yazır ki, Cəlilabad rayonunun təkcə Qarğılı kəndində 80 evdən 72-sinin qapısı qıfıllanıb - sakinləri kəndi tərk ediblər, belə hallar rayonun digər kəndləri üçün də xarakterikdir: "Yəni Cəlilabad rayonu təkcə şəhərin H.Əliyev prospektindən ibarət deyil. Məhz sosial durumun ağırlığı səbəbindən 10 milyon vətəndaşımızın yarıya qədəri mühacirətdə, qalan yarısının da 80%-i paytaxt Bakıda və Abşeron yarımadasının digər ərazilərində cəmlənib. Hamı dolanışıq dərdindən yurd-yuvasından didərgin düşüb".
H.İsmayılov yazır ki, əyalətlərdə infrastruktur bərpa olunmalı, bölgələrin iqtisadiyyatı stimullasdirilma əsasında qurulmalıdır, əks təqdirdə durum daha da pisləşəcək.
O, bildirir ki, Bakının həddindən artıq yüklənməsinin əsas səbəbi budur və bu işdə konkret maraqlı şəxslər var.
Feyzbuk istifadəçisi əlavə edir ki, göydələnlırin inşasıyla məşqul olanlar, sayı-hesabı bilinməyən şadlıq sarayları, super marketlərin sahibləri və sairlər əhalinin paytaxt ətrafında sıx yerləşməsindən maraqlidirlar - onlara müştəri lazımdır, digər problemlərlə hökumət məşğul olmalıdır.
Sonda istifadəçi postunu aşağıdakı ritorik suallarla bitirir:
Hanı Dövlət proqramları?
O göydələnlər rayonlarda niyə inşa olunmur?
Posta şərh verən Şahin Məmmədov işə yazır ki, Cəlilabadın kəndlərində yol, qaz, işıq, su, tibbi xidməyi, iş yeri və digər problemlər həll olunmasa, kəndlər bir-bir boşalıb tarixə çevriləcək;
"Video-sujetdə gördüm, Laçının Zabux kəndində elə şərait yaradılıb ki. insanlar Suriyadan, Livandan, Ermənistandan, hətta, Moskvadan köçüb orada yaşayırlar".
Dəniz