Yalançı əməliyyatlar əngəllənəcək
Birgünlük müəssisələrin yaradılmasını məhdudlaşdıran yeni alətlər tətbiq olunacaq.
“Birgünlük, yalançı əməliyyatların həyata keçirilməsi üçün yaradılan müəssisələrin qarşısının alınması üçün aidiyyəti normativ-hüquqi aktlarda həmin kateqoriya şəxslərin sonradan hüquqi şəxs yaratmasını məhdudlaşdıran layihələrin hazırlanması tədbirlər planında nəzərdə tutulub”.
“vergiler.az” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə daxilolma” işçi qrupunun iclasında çıxış edərkən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini, işçi qrupun rəhbəri Samirə Musayeva deyib.