Azərbaycanda yol təsərrüfatının inkişaf fəlsəfəsi dəyişməlidir
Yollar düz, rahat və təhlükəsizdrsə, sürət nə üçün məhdudlaşdırılır?
Son illər Azərbaycanda yol təsərrüfatının yaxşılaşdırılması istiqamətində ciddi işlər görülüb. Magistral, yaşayış məntəqələrini birləşdirən, hətta, əksər kəndlərin ara yollarına asfalt döşənib, rahat və təhlükəsiz yollar tikilib. Bu işdə bir sıra əyintilər - əsasən də korrupsiya halları olsa da, ölkənin yol infrastrukturunda ciddi irəliləyişlər hiss edilir. Lakin ölkədə yol təsərrûfatının Avropa standartlarına inteqrasiya kursu gotrüldüyü elan edilsə də, yol təsərrüfatının inkişaf fəlsəfəsi hələ də dəyişməyib.
Belə ki, sovetlər dönəmində yol təsərrüfatının inkişaf hədəfi yolların ideal şəkildə düz və təhlükadiz olmasını nəzərdə tuturdu. Yəni fəlsəfə ondan ibarət idi ki, yollarda çala-çaxnağı olmasın, hərəkət rahat davam etdirilə bilsin.
Yol təsərrüfatının müasir inkişaf tendensiyasına diqqət yetirdikdə görürük ki, Avropa standartlarına uyğun yol çəkilsə də, fəlsəfə dəyişməz qalıb.
Müasir dünyada yol təsərrüfatının inkişaf fəlsəfəsi yolların yalnız düz və rahat olmasını nəzərdə tutmur. Şəhərlər və regionlar arası magistralların təmiri və ya yenidən qurulması zamanı tender şərtlərindən ən əsası yolda sürətin artırılması məsələsidir. Məsələn, A və B məntəqələri arasında olan yolda sürət saatda 80 km təşkil edirsə, təmir və ya yenidənqurmadan sonra yolda sürət mütləq müəyyən qədər artırılmalıdır. Çünki sürət daha sürətlə inkişaf deməkdir. Ona görə bəzən yol tikən şirkətlər yol yatağını dəyişdirərək sərt döngələri, yaşayıs məntəqələrini, körpülər tikərək görünmə məsafəsini azaldan dərələri və aşrımları aradan qaldırır ki, yolda sürəti ən azı saatda 10-20 km aryıra bilsinlər. Avropada yol tikintisi tenderlərinlərində yalnız yollarda sürəti artıra bilən layihələr qalib gəlir. Bəs Azərbaycanda vəziyyət necədir?
Azərbaycanda yol layihələrinin tederlərinin necə keçirilməsinə detallı toxunmayacağıq, çünki bu çox geniş mövzudur - burada çox ciddi korrupsiya və qanun pozuntusu halları mövcuddur. Ona görə də bu ayrıca araşdırma mövzusudur. Hazırda yenidən tikilən Bakı-Quba yolundakı korrüpsiya göz önündədir. Bir cümlə ilə ifadə edək ki, ölkədə tenderlər qeyri-şəffaf, korrupsiya və qanun pozuntularının müşaiyyəti ilə keçrilir.
Bu bir yana, tenderi qazanan şirkət qarşısında yolda sürətin artırılmasi öhdəliyi qoyulmur. Dünənə qədər yolun narahatlığı sürəti artırmağa imkan vermirdisə, bu gün - təmirdən sonra düz və rahat ola yolda sürəti artırmağa yolun darlığı, yaşayış məntəqələrinin, hətta, rayon mərkəzlərinin içərisindən keçməsi və yol kənarlardında qoyulmuş, sürəti məhdudlaşdıran qadağanedici nişanlar yolda sürəti artırmağa imkan vermir.
Məsələn, Bakıdan Zəngilan gedən yol Saatlı rayonunun düz mərkəzindən və bir neçə kəndlərindən keçir. Həmin ərazidə sürəti saatda 30 km-dan yuxarı qaldırmaq mümkün deyil.
Digər tərəfdən, yol dar olduğundan bu yollarda hərəkət edən traktor və ya aşağı sürətli digər nəqliyyat vasitəkəri yolda icazə verilən sürətlə hərəkətə mane olur.
Növbəti problem ondan ibarətdir ki, yolların sürət yığmaq mümkün olan hissələrində DYP tərəfindən sürət məhdudlaşdırılır. Yol rahat, yaşayış məntəqəsi, sərt döngə və ya görmə məsafəsini azaldan manielər yoxdursa, nə üçün sürət 120 km/saat yox, 60-80 km/saat olmalıdır? Yolda sürət məhdudlaşdırilmasının mütləq əsası olmalıdır.
Azərbaycanın magistral yollarında əsassız sürət məhdudlaşdırılması olduqca geniş yayılıb. Bu da yollarda hərəkətin sürətinə, o cümlədən də ölkədə iqtisadi inkişafın sürətinə manie olan əsas amillərdəndir.
İndi isə bir qədər problemlərin səbəbləri barədə yazaq.
Birinci başlayaq yolların darlığının səbəbindən. Yuxarıda qeyd etdik ki, ölkədə bütün tenderlər, o cümlədən də yol tikintisi tenderlər qeyri-şəffaf, qanunların pozulması və korrupsiyanın müşaiyyəti ilə keçrilir. Belə tenderlərdə "qalıb" gələn şirkətin kifayət qədər qeyri-rəsmi ödənişləri ortaya çıxır. Həmin ödənişləri bağlamaq üçün şirkət mütkəq yolun materialkarından oğurlamalıdır. Bu oğurluq isə sonda yolların daralmasına gətirib çıxarır. Azərbaycanda tikilən və yenidən qurulan bütün yollar layihədə nəzərdə tutulan endən bir neçə metr az, asfalt örtüyü isə layihədə nəzərdə tutulduğundan azı iki dəfə nazik olur. Eyni səbəbdən şirkətlər sürəti artırmaq məqsədi ilə yolların məcrasın dəyişərək, yasayış məntəqələrindən və digər manielərdən kənarladdırmır, görmə məsafəsini artırmaq üçün körpu və ya digər qurğular quraşdırmaqda maraqlı olmurlar. Çünki hökumət qəsdən bu şirkətlər qarşısında sürəti artırmaq öhdəliyi qoymur.
O ki qaldı, yolların sürət yığmaq mümkün olan nahiyələrində əsassız-səbəbsiz sürətin məhdudlaşdırılmasına, bu da DYP əməkdaşkarının "çörək ağacı"dır. Çünki biz buna başqa heç bir səbəb tapa bilmədik. Yollar düz və rahat, maniesizdir, amma yol kənarında sürəti məhdudlaşdıran nişan, elə həmin hissədə də DYP-ın müşahidə kamerakarı və addıma-bir DYP-ın 6 kamera ilə təhciz edilmiş "I-patrol" operativ nəqliyyat vasitəsi yollardadır. Bunların hamısının məqsədi yalnız yollarda hərəkət edən avtomobil sürücülərindən qanuni və ya qeyri-qanuni şəkildə pul qoparmaqdur.
Akif Nəsirli