Gələn il yaşayış minimumu və ehtiyac meyarı bərabələşdiriləcək
Azərbaycanda gələn il yaşayış minimumu və ehtiyac meyarının bərabər məbləğdə – 246 manat olması nəzərdə tutulur.
Bu barədə “2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində bildirilir.
Beləliklə, 2023-cü ildə yaşayış minimumu 2022-ci illə müqayisədə 17.15%, ehtiyac meyarı isə 23% çox olacaq.