DNF-nin aktivlərinin dəyəri 45 milyard dolları ötüb

Fondun aktivləri bu ilin 9 ayı ərzində 0,8% artıb
 
Arayış: Ölkənin bütün media rezurskarı DNF-nin artivkərini "valyuta ehtiyatı" kimi təqdim edir. Lakin bu aktivlər hər hansı bir valyuta şəklində saxlanılmadığından, yəni likvid (əldə pul şəklində) vəsait olmadınadan, həmin vəsaitlər valyuta ehtiyatı deyil, sadəcə ölkənin gəlir gətirmək üçün nəzərdə tutulmuş aktivləridir. Bir qədər loru desək, bu vəsaitlərin təyinatı ehtiyat deyil, pul qazanmaqdır.
 
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2022-ci il sentyabrın 30-a ARDNF-nin aktivləri 2022-ci ilin əvvəlinə (45 025,1 milyon ABŞ dolları) nisbətən 0.8% artaraq 45 386.4 milyon ABŞ dolları təşkil edib.

2022-ci ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin büdcə gəlirləri 11 365,9 milyon manat, büdcə xərcləri isə 6 566,9 milyon manat təşkil etmişdir.

2022-ci ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri isə 15 886,9 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 15 106,2 milyon manat, bonus ödənişləri 768,7 milyon manat, tranzit gəlirləri 7,2 milyon manat, akrhesabı ödənişlər 4,8 milyon manat təşkil etmişdir.

Ötən 9 ay ərzində ARDNF-nin aktivlərinin bazar dəyərində qısamüddətli qiymət dəyişkənliklərindən yaranan 4 521,0 milyon manat azalma müşahidə olunmuşdur.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərcləri 4 185,2 milyon manat təşkil etmişdir.