AİB “Şimal-Cənub” dəhlizinin inkişafı ilə bağlı hesabat dərc edib
Avrasiya İnkişaf Bankı (AİB) “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin (INSTC) inkişafı ilə bağlı hesabatını dərc edib.
Hesabata əsasən, yük sahibləri və ekspeditorlar Baltik və Azov-Qara dəniz hövzələrinin limanlarından keçən marşrutlara üstünlük verdikləri üçün bu nəqliyyat dəhlizinin potensialından əvvəllər tam istifadə olunmayıb.
Hazırda isə bu dəhliz Rusiyadan yan keçməklə Qafqaz vasitəsilə Avropanı Asiya ilə birləşdirən TRACECA-nın bir hissəsi kimi ona yan alan Hindistan, Pakistan, Fars körfəzi və Mərkəzi Asiya dövlətlərinə, eləcə də Türkiyə və Azərbaycan vasitəsilə Avropaya daşıma coğrafiyasını genişləndirəcək.
AİB-in ötənilki proqnozuna əsasən, 2030-cu ilədək “Şimal-Cənub” dəhlizinin daşıma potensialı baza ssenaridə 14,6 milyon ton, optimist ssenaridə isə 24,7 milyon ton təşkil edir. Bankın hesabatında deyilir ki, əlavə yüklərin həcmi qısa müddətdə 2-4 milyon ton, uzunmüddətli perspektivdə üç ilə qədər 5-7 milyon ton səviyyəsində qiymətləndirilə bilər.
Dəhlizdə hərəkət əsasən avtomobil nəqliyyatı ilədir. Avtomobil yolu ilə mallar Avropa İttifaqı ölkələrindən Türkiyə, Gürcüstan və Azərbaycan vasitəsilə ya INSTC-yə çıxışla, ya da Gürcüstanla Yuxarı Lars sərhəd-keçid məntəqəsi vasitəsilə çatdırılır. Sonuncu öz məhdudiyyətlərinə görə hələ də Bakıdan və Rusiya-Azərbaycan sərhədinin Yaraq-Kazmalyar və Tagirkent-Kazmalyar keçid məntəqələrindən keçən INSTC-nin “Şimal-Cənub” qərb marşrutuna alternativ ola bilməyib.
Dəmir yolu dəhlizindən istifadəyə gəlincə, buna İranda dəmir yollarının elektrikləşdirilməməsi və ilk növbədə, Rəşt-Astara marşrutunun 165 km-lik hissəsinin olmaması mane olur.
Bu hissənin tikintisi ilə bağlı əsas məsələlərdən biri də yeni yolun keçməli olduğu ərazinin coğrafiyasıdır.
Xatırladaq ki, Qəzvin-Rəşt-Ənzəli-Astara yolunun tikintisinə dair saziş 2005-ci ildə Azərbaycan, İran və Rusiya tərəfindən imzalanıb, İran hissəsinin uzunluğu 360 km təşkil edir.
Qəzvin-Rəşt və Astara (İran)-Astara (Azərbaycan) hissələri artıq istifadədədir. Rəşt-Ənzəli liman hissəsinin isə istismara verilməsi 2023-cü ilə planlaşdırılır.