Xəzər və Avropa dəmir yolu şəbəkələri birləşdiriləcək
Xəzər və Avropa dəmir yolu şəbəkələrinin birləşdirilməsinə əlavə vəsaitlər cəlb olunacaq
Avropa Komissiyası adətən Polşa və Belarusdakı terminallara xərclədiyi bütün büdcəni artıq Xəzər və Avropa dəmir yolu şəbəkələrini birləşdirməyə sərf edəcəyini bəyan edib.
Bunu Avropa və Asiya arasında daşımalarda ixtisaslaşmış Niderlandın “Rail Bridge Cargo” şirkətinin rəhbəri İqor Tambaka deyib.
Onun sözlərinə görə, hazırda diqqət Polşa və Belarusdan Türkiyə, Gürcüstan və Azərbaycana yönəlib.
“Vəziyyət yaxşılaşır və investisiyalar var. Bərələrin də sayı kifayət qədər çoxdur. Düşünürəm ki, gələn ilin əvvəlində tranzit imkanları yaxşılaşacaq. Birinci və ikinci rüblərdə bərələrin sayında artım və həlledici nöqtələrdə yaxşılaşma gözlənilir. Avropa İttifaqı həqiqətən də Orta Dəhlizi əsas etmək istədiyini açıq şəkildə bildirdi”, - İqor Tambaka qeyd edib.