Xüsusi karantin rejiminin vaxtı uzadılıb



Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il yanvarın 1-i saat 06:00-dək uzadılıb.

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov bununla bağlı qərar imzalayıb.