Səhiyyə dünyasında adət olunmamış bir dövr başlayıb.
Lim10.az xəbər verir ki, ChatGPT-nin səhiyyəyə yönəlmiş versiyasının elanından dərhal əvvəl ABŞ-ın Utah ştatı xroniki xəstəlikləri olan şəxslərin istifadə etdiyi 190 dərmanın reseptini süni intellekt sistemi tərəfindən yenilənməsinə icazə verən, ölkə üzrə bir ilk pilot tətbiqə start verib.
Bu pilot tətbiq "Doctronic" adlı səhiyyə texnologiyaları şirkəti ilə birlikdə idarə olunur. Sistem əsas məqsəd olaraq, səhiyyə xidmətlərinə çıxışı asanlaşdırmaq, xərcləri azaltmaq və artıq üzərində böyük yük olan səhiyyə işçilərini bir qədər rahatlatmaqdır.
Başlanğıcda resept yenilənməsi üçün hər dəfə 4 dollar kimi simvolik bir ödəniş tələb edən sistemin, gələcəkdə sığorta çərçivəsinə alınması və ya illik sabit ödənişlə təqdim olunması planlaşdırılır. Lakin bütün dərmanlar bu sistemə daxil deyil. Məsələn, sui-istifadə riski yüksək olan ağrıkəsicilər və ya DEHB dərmanları kimi həssas qruplar sistemin xaricində saxlanılır.
"Doctronic" məlumatlarına görə, süni intellektin verdiyi qərarlar real həkimlərin qərarları ilə 99,2% uyğunluq göstərir. Bu sistemin səhv payının çox aşağı olduğunu göstərsə də, tibbi müdaxilələrdə ən kiçik səhvin belə həyati nəticələr doğura biləcəyi reallığı müzakirələri artırır.
Süni intellektin tibbi sınağı və riskləri
Süni intellektin səhiyyədə istifadəsi yenilik deyil. Cari hesabatlar göstərir ki, amerikalı tibb bacılarının 46%-i bu alətləri artıq həftəlik işlərində istifadə edir. Lakin resept yazmaq kimi kritik səlahiyyətin proqram təminatına verilməsi bəzi təhlükəli boşluqları da yaratmaq riski daşıyır. Məsələn:
* Süni intellektin müxtəlif dərmanlar arasındakı qarşılıqlı təsirləri gözardı etməsi,
* Xəstənin vəziyyətində kritik xəbərdarlıq siqnallarını fərq edə bilməməsi.
Üstəlik, bəzi araşdırmalar göstərir ki, tibbi süni intellekt alətləri qadınların şikayətlərini bəzən yüngülləşdirir və müəyyən irq və etnik mənşəyə qarşı qərəzli diaqnozlar qoyur. Xüsusilə qaradərili xəstələr üzərində aparılan bəzi tədqiqatlarda alqoritmlərin sağlamlıq risklərini ağdərili xəstələrə nisbətən daha az hesabladığı müşahidə olunub ki, bu da azlıqların lazımi tibbi xidmət almasını çətinləşdirir.
Hüquqi baxımdan isə vəziyyət daha da mürəkkəbdir. ABŞ-da ştatlar öz sərhədlərində tibbi təcrübə qaydalarını müəyyən etmək səlahiyyətinə malik olsa da, süni intellekt dəstəklı tibbi cihazların nəzarəti birbaşa Federal Qida və Dərman Agentliyi (FDA)-nın səlahiyyətinə daxildir. Utahdakı bu təcrübə uğurlu olarsa, tətbiqin Texas, Arizona və Missouri kimi ştatlara yayılması gözlənilir.(qaynarinfo)



















