Türkiyə sakininin faciəli ölümü: Yetişdirdiyi həşəratların qurbanı oldu

Türkiyənin Bursa şəhərinin İnegöl rayonunda 48 yaşlı Lokman Kaynar adlı kişi özünün yetişdirdiyi arıların sancması nəticəsində həyatını itirib.

Bal istehsalçısı olan Lokman Kaynar arılara baxmaq üçün pətəklərin yanına gəlib. Bu zaman bir qrup bal arısı kişiyə hücum edərək onu sancıb.

Lokman Kaynar allergik şok keçirib və nəfəs almaqda çətinlik çəkməyə başlayıb. Ailəsi dərhal təcili yardım çağırıb. Nəfəsi dayanan kişi təcili xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Mənbə: TAKVİM