Minimum və maksimum əmək haqqına arasında 40 dəfə fərq...
Rövşən Ağayev
Parlamentə təqdim olunan büdcə sənədlərindən aydın olur ki, gələn il aylıq rəsmi maaşı 8000 manatdan çox olan şəxslərin hesabına dövlət büdcəsinə 91 milyon manat gəlir vergisi daxil olacaq.
Vergi Məcəlləsinin 101.1-1 maddəsinə görə, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin aylıq muzdlu gəlirlərindən 14% dərəcəsi ilə vergi tutulur.
İl əzrizndə 14%-lə 91 milyon manat gəlir vergisinin hesablanması o deməkdir ki, bu kateqoriyadan olan şəxslərin aylıq əmək haqqı fondu 54 milyon manat, illik isə 650 milyon manat təşkil edir.
Bəs real olaraq ölkədə bu gəlir kateqoriyasına aid nə qədər belə şəxs var?
Rəsmi statistikada hər hansı məlumat yoxdur. Lakin kobud hesablama ilə bu gəlir qrupu üzrə aylıq orta maaş təxminən 10 000 manat ətrafında olsa, təxminən 5500-6000 nəfərdən söhbət gedir.
Güman ki, bu səviyyədə əmək haqqı yalnız maliyyə, özəl səhiyyə və neft sektorunda mümümkündür.
Hətta rəsmi səviyyədə belə yüksək əmək haqqı məbləğinin mövcudluğu rəsmi statistikanın gəlir bərabərsizliyilə bağlı real olmayan aşağı göstəricilərini kölgədə qoyur
Minimum və ən yüksək məvacibər arasında fərqin az qala 40 dəfəyə çatdığı ölkədə rəsmi statistikanın aşağı və yuxarı desil qruplaırn gəlirləri arasında fərqin 3-4 dəfə olmasını deməsi son dərəcə absurddur