Baykonurda ekstremal səyahət faciə ilə nəticələndi: Kosmodroma 1 km qalmış susuzluqdan öldü

Qazaxıstanın Baykonur kosmodromunda dəhşətli hadisə baş verib. Belə ki, kosmodroma piyada getməyə qərar verən fransalı turist məkana bir kilometr qalmış susuzluqdan ölüb.

Qeyd edək ki, kosmodroma xüsusi giriş rejimi var. Buna baxmayaraq, turistlər mütəmadi olaraq oraya qanunsuz daxil olmağa çalışırlar.

Turistlər Nikolas Karbon və Anjelo Alebetta da bu məqsədlə Almatıya yollanıblar. Onlar çöllüklə piyada getməyə qərar veriblər, lakin hava şəraitini nəzərə almayıblar. Havanın temperaturu +30°C olsa da, çöllükdə kölgələnmək üçün heç bir yer olmayıb.

Səyahət zamanı Anjelo özünü pis hiss edib və 246-cı meydançadan bir kilometr aralıda huşunu itirib.

Nikolas kömək üçün qaçıb, lakin əvvəlcə onu nəzarət-buraxılış məntəqəsinə çatdırıblar və yalnız bundan sonra polislər Anjelonu axtarmağa başlayıblar. 25 yaşlı Alebetta öləndən üç saat sonra tapılıb.

Mənbə: RİA Novosti