SOCAR-a milyardlar qazandıran fəhlələr dəniz suyu içir və dəniz suyu ilə çimir!
Bu günlərdə 9 aylıq hesabatı dərc edilən SOCAR-ın gəlirlərinin 45 milyard dolları ötməsinə baxmayaraq, DNF vəsaitlərinin cəmi 0.8% artdığıni görəndə təəccübləndik. Əcabə bəs bu 45 milyard gəldiyi kimi də hara gedib? Amma düşündük ki, SOKAR-da kifayət qədər vətəndaş calışır, onların əmək haqqı, sosial qayğılarının qarşılanması, xarici borcların ödənilməsi və s. var. Amma "Neftçilərın Hüquqlarının Müdafiəsi Təskilatının rəhbəri Mirvari Qəhrəmanlının fb.com hesabına nəzər salanda şoka düşdük. Şəhifədə paylaşılan bir neçə postu kiçik redaktə ilə diqqətinizə çatdırırıq:
"Azneft" IB bir ilə yaxındır Əks-OCMOC qurğusunun təmirini ləngidib, işçi sağlmlığına ciddi ziyan vurub. Buna görə kimsə cəzalandırılıbmı? Baş direktorun sosial sahə üzrə müavininin diqqətinə - 28 May NQÇİ 10-cu platformadan yazırıq. Dəqiqləşdirilməsinə ehtiyac duyulur.
Artiq nə vaxtı ki, 10-cu blokda camaat dəniz suyu ilə çimir, həttə, içməli suya da dəniz suyu qatıb artırırkar.
Xahiş edirəm imkan daxilində yetim, yiyəsiz fəhlələrə kömək edin! Biz 10-cu blok işçiləri adından yazırıq, amma bütün bloklar bekədir.
Başqa bir postda fəhlələr onları təhdid edən faciədən xəbər verir:
Xatırlatma!
SOCAR prezidenti cənab Rövşən Nəcəf!
Dəniz platformalarında çalışan neftçilərin normal nəqliyyatla təminatı problem olaraq qalır. Neftçilər deyirlər ki, onları platformalara aparıb-gətirən helikopterlər köhnədir, iş resursları artıq tükınib.
Bu problemin həll olunmayacağı təqdirdə baş verəcək hər hansı hadisəyə görə məsuliyyət sizin üzərinizdə olacaq.
Səhifədə kifayət qədər bu tipli şikayətlər yer alıb. Əcabə, SOCAR fəhlələrinin bu qədər aktual və geniş miqyaslı problemləri tökülüb qalıbsa, dövlət şirkəti hər ay 5 milyard dollara qədər gəlirini hara xərcləyir ki, gəlirdən bir faiz belə yığıma yönəldilə bilmir?
Bu xalqın sərvətinidən gələn gəliri açıq-aşkar talamaqdır!