Mərkəzi Bank uçot dərəcəsini artırıb



Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0.25 faiz bəndi artırılaraq 8%-ə çatdırılıb.

AMB-nin yaydığı məlumata görə, bankın qərarına əsasən, faiz dəhlizinin aşağı həddi 1 faiz artırılaraq 5%-ə qaldırılıb, yuxarı həddi isə 9.25% səviyyəsində dəyişməz saxlanılıb.