Paşinyan Lukaşenkoya qəzəbləndi: Bütün erməni məmurlara Belarusa getməyi qadağan etdi

"Aleksandr Lukaşenko prezident olduğu müddətdə Ermənistanın heç bir rəsmi nümayəndəsi Belarusa səfər etməyəcək".

Bu açıqlama ilə Ermənistanın baş naziri Nikol Paşinyan çıxış edib.

O, həmçinin deyib ki, A.Lukaşenko Ermənistan qarşısında üzr istəyərsə, yaxud Belarus təşkilatdan çıxarsa, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına münasibətlərini dəyişə bilərlər.

Xatırladaq ki, A.Lukaşenko mayın 15-17-də Azərbaycana dövlət səfəri çərçivəsində Qarabağı ziyarət edib. O bildirib ki, Minsk və Bakı "dünyanı və onun hara getdiyini eyni şəkildə başa düşürlər", həmçinin, Azərbaycan Prezidenti İlham Əliyevə Qarabağın müharibədən sonrakı bərpasında yardım təklif edib.

Mənbə: Sputnik Ermənistan