Türkiyədə ağır yol qəzası baş verib

15 nəfər həlak olub, 22 nəfər yaralanıb

Türkiyədə 15 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yüksək sürətlə hərəkətdə olan minik avtomobili idarəetmədən çıxıb və aşıb. Daha sonra hadisə yerinə gələn təcili tibbi yardım və yanğınsöndürən maşın ərazidə hərəkət edən avtobusla toqquşub.

Hadisə nəticəsində azı 15 nəfərin öldüyü, 22 nəfərin isə yaralandığı bildirilib.