İtaliya parlamentində kütləvi dava: 11 deputat vəzifəsindən kənarlaşdırıldı

İtaliyalı deputatlar arasında kütləvi dava baş verib. Parlament onların iclaslarda iştirakını müvəqqəti olaraq dayandırıb.

Çəkilmiş kadrlardan görünür ki, parlamentarilərdən birinin İtaliya bayrağını açmasından sonra ən azı 20 nəfərin iştirakı ilə dava başlayıb.

Məlumdur ki, davaya mübahisəli qanun layihəsi səbəb olub və müxalifət bunun qəbuluna qarşı çıxıb.

Davadan sonra parlament 11 deputatın 2 gündən 15 günə qədər işdən kənarlaşdırılmasına qərar verib.

Bildirilir ki, səlahiyyəti dondurulmuş deputatlardan bəziləri bu sanksiyaya etiraz edirlər.

İtaliya parlamentində kütləvi dava: 11 deputat vəzifəsindən kənarlaşdırıldı

İtaliya parlamentində kütləvi dava: 11 deputat vəzifəsindən kənarlaşdırıldı

Mənbə: Corriere della Sera