Zelenski Putinin sülh təklifini şərh etdi

"Kiyev Moskvanın yeni sülh təklifinə ultimatum kimi baxır".

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski İtaliyanın "Sky TG24" telekanalına müsahibəsində deyib.

"Bu bəyanatlar ultimatumdur. Moskvanın bu təşəbbüsünün qəbul edilməsi ərazi güzəştləri deməkdir", - Zelenski Rusiya Prezidenti Vladimir Putinin yeni təklifini şərh edib.

Onun fikrincə, təklif münaqişənin dondurulmasına bərabərdir, lakin "dondurulmuş münaqişə olmayacaq".