Monteneqro millisinin üzvü 26 yaşında vəfat etdi

Monteneqro milli futbol komandasının qapıçısı Matiya Sarkiç 26 yaşında vəfat edib.

Sarkiç səhər saatlarında Budvadakı mənzilində özünü pis hiss edib. Bu zaman onun yanında dostları da olub, lakin idmançını xilas etmək mümkün olmayıb.

Gənc futbolçunun ölümünün konkret səbəbləri məlum deyil.

Matiya Sarkiç 2023-cü ildən İngiltərənin "Milluolla" klubunda da çıxış edib. Bundan əvvəl isə "Vulverhempton", "Birminqem", "Stok Siti", "Aston Villa" və digər klublarda oynayıb.

Futbolçu Monteneqro millisinin heyətində doqquz oyun keçirib. Belçika ilə son oyun iyunun 5-də baş tutub.

Mənbə: Ren.TV