Rusiya yenidən Ukrayna limanlarını bağlayır
Rusiyanın “taxıl müqaviləsi”ndən çıxmaq qərarından sonra Ukraynadan taxıl çıxarmalı olan 218 gəmi bloklanıb.
Bu barədə İnfrastruktur Nazirliyi məlumat yayıb.
“Bunlardan: artıq Ukrayna limanlarını tərk etmiş və son istehlakçıya göndərilməsini gözləyən 95 yüklü gəmi var. 101 gəmi Ukrayna limanlarına girişin yoxlanılmasını gözləyir, 22 yüklü gəmi Ukrayna limanlarını tərk etməyi gözləyir”, - agentlik bildirib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi 29 oktyabrda Boyük Britaniya kəşfiyyatının Qara dəniz flotunun gəmilərinə terror təşkil etməsini səbəb gətirərək, Moskvanın "taxıl razılaşması"ndan birtərəfli qaydada çıxdığını elan etdib.