Türkiyədə daha bir ağır yol qəzası baş verib.

Türkiyənin Mardinin Derik rayonunda TIR və 2 avtomobilin qarışdığı qəzada yaralılara müdaxilə edən qruplara başqa bir yük maşını dəydib.

300027148_3347677082180757_6289012419081092747_n

Səhiyyə naziri Fahrettin Koca baş verən qəzada 16 nəfərin həyatını itirdiyini, 8-i ağır olmaqla, 29 nəfərin yaralandığını açıqlayıb.

Ədliyyə naziri Bozdağ, Mardinin Derik rayonunda baş verən iki ayrı yük maşını qəzası ilə bağlı Derik Respublika Baş Prokurorluğu tərəfindən məhkəmə istintaqının başladığını bildirib.

Daxili işlər naziri Süleyman Soylunun Mardində baş verən yol qəzası səbəbindən bölgəyə getdiyi bildirilir.

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Mardin Direkdə baş verən yol qəzasından sonra Twitter hesabında başsağlığı yazıb.