Məşhur Çin brendi Rusiyanı tərk etdi
Texnologiya nəhəngi Huawei şirkəti smartfonların Rusiyaya birbaşa tədarükünü tamamilə dayandırıb
Huawei həmçinin planşetlər, noutbuklar, televizorlar və digər avadanlıqları Rusiya Federasiyasına idxal etmir.
Şirkət əməkdaşlarını Qazaxıstan və Özbəkistana köçürüb və onlar yaxın vaxtlarda mütləq geri qayıtmayacaqlar.
Eyni zamanda, Rusiyanın dövlət xəbər agentliyi RİA Novosti bildirir ki, Huawei faktiki olaraq Rusiyanı tərk etmir. Bildirilir ki, şirkət öz mallarını Rusiya bazarına Çin distribyutoru vasitəsilə tədarük edir.
Xatırladaq ki, mart ayında Çin şirkəti ikinci dərəcəli sanksiyalar təhlükəsi səbəbindən rusiyalı işçilərin işə götürülməsini dayandırıb və malların oflayn çatdırılmasını dayandırıb. Avqustun 1-də isə Huawei Rusiya Federasiyasında onlayn satışı dayandırdı.